Polşa portalında Naftalan haqqında məqalə

 

 

Polşanın “Travel Trends Group” portalındaAzərbaycanın Naftalan şəhərində neft məhsulları ilə müalicəadlı məqalə yayılıb. Məqalədə deyilir ki, Azərbaycan əsrlər boyu tarixi İpək Yolu vasitəsilə nadir dərman kimi ixrac edilən müalicəvi nefti ilə məşhur olub. XIX əsrdən etibarən Azərbaycanın müxtəlif guşələrində müalicə əhəmiyyətli təbii resursların elmi tədqiqinə başlanılıb.

Bildirilir ki, Naftalan şəhəri unikal müalicəvi əhəmiyyətə malik olan nefti ilə məşhurdur. Naftalan neftinin unikallığı yüksək effektivliyi çoxlu sayda elmi araşdırmalarla bir neçə xəstəliyin müalicəsinin tətbiqində 100 ildən çox təcrübə ilə təsdiq edilib. O, 70-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Dünyada analoqu olmayan Naftalan nefti öz müalicəvi əhəmiyyətinə görə 80-85 faiz effektlilik əmsalına malikdir.

Materialda Naftalanda fəaliyyət göstərən hotelsanatoriyalar haqqında da məlumat verilir. Vurğulanır ki, bu gün Naftalan özündə kurort təbabətini, Avropa komfortunu, Azərbaycan qonaqpərvərliyini və qiymətlərin əlverişliliyini birləşdirən müasir istirahət və müalicə mərkəzidir.

 

Mədəniyyət.- 2016.- 23 noyabr.- S.9.