“Xalq yaradıcılığında multikulturalizm”

 

“Folklor paytaxtı”nda elmi-praktik konfrans

 

2016-cı il üçün “Azərbaycanın folklor paytaxtı” seçilən Qusar şəhərində “Xalq yaradıcılığında multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bilik Fondu, AMEA Folklor İnstitutu rayon İcra Hakimiyyətinin təşkilatçılığı keçirilən tədbirin iştirakçıları əvvəlcə Mədəniyyət mərkəzinin qarşısında rayonun incəsənət ustalarının hazırladığı bədii folklor nümunələrinə tamaşa edib, ləzgi mətbəxi məişəti, Qusarın tarixini, müasir inkişafını əks etdirən sərgilərlə tanış olublar.

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov açaraq mədəniyyətin ən mühüm amillərindən birinin mədəni müxtəliflik olduğunu diqqətə çatdırıb, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinin əhəmiyyətindən bəhs edib.

Konfransda Bilik Fondunun icraçı direktoru Oktay Səmədov “Azərbaycanda “Multikulturalizm ili”: görülmüş işlər qarşıda duran vəzifələrə baxış”, Folklor İnstitutunun direktoru Muxtar İmanov “Folklorda milli-mədəni müxtəliflik ortaq mənəvi dəyərlər”, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov “Multikulturalizm təhsil” mövzularında çıxışlar ediblər. “Multikulturalizm ili” çərçivəsində respublikada həyata keçirilən tədbirlərdən bəhs edilib.

Çıxışlarda “Folklor paytaxtı” Qusarın multikultural ənənələrindən də söz açılıb.

 

Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə “Hərbi-vətənpərvərlik mövzusunun mediada işıqlandırılması xüsusiyyətləri” mövzusunda konfrans keçirilib

 

 

Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə “Hərbi-vətənpərvərlik mövzusunun mediada işıqlandırılması xüsusiyyətləri” mövzusunda konfrans keçirilib.

 

Mədəniyyət.- 2016.- 23 noyabr.- S.11.

.