Azərbaycan milli sirk sənəti - 70”

 

 

Elmi-praktik konfrans keçiriləcək

 

Noyabrın 24-də AMEA Memarlıq İncəsənət İnstitutundaAzərbaycan milli sirk sənəti - 70” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək. Azərbaycanda ənənəvi sirk sənətinin tarixi qədim olsa da, peşəkar sirk kollektivi 1946-cı ildə yaradılıb. Konfransda Azərbaycan sirk sənətinin tarixi, təşəkkül mərhələləri, müasir problemləri, inkişaf perspektivləri s. aktual mövzular müzakirə olunacaq.

Azərbaycan peşəkar sirk sənətinin inkişaf yolları”, “Bakı Dövlət Sirkinin milli sirk sənətinin inkişafında rolu”, “Azərbaycan sirk pəhləvanları”, “Milli sirk sənətində musiqi”, “Azərbaycan milli kinosunda sirk ənənəsi”, “Azərbaycan illüziya sənətinin inkişaf yolları”, “Müasir Azərbaycan sirk sənəti dünya arenasında s. mövzularda məruzələr dinləniləcək.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 23 noyabr.- S.14.