İçəri şəhər Tallin festivalında

 

Rejissor İlqar Safatın İçəri şəhər bədii filmi noyabrın 21-də Estoniyanın paytaxtı Tallində keçirilən Qaranlıq gecələr festivalında nümayiş olunub.

C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında lentə alınan film indiyədək Hindistanda 21-ci Kerala və 47-ci Qoa festivallarına dəvət alıb. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyədə 5-ci Van gölü Beynəlxalq Film Festivalının Ən yaxşı aktrisa mükafatına layiq görülüb.

Filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaellaİlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Anar Xəlilov, Elmira Şabanova və digərləri canlandırırlar.

 

Mədəniyyət.- 2016.- 23 noyabr.- S.16.