Qırmızı bağ Banqladeşə gedəcək

 

Mirbala Səlimlinin Qırmızı bağ bədii filmi də növbəti festivala dəvət alıb. Ekran əsəri 12-20 yanvar tarixində Banqladeşin paytaxtı Dəkkədə keçiriləcək ənənəvi festivalda nümayiş olunacaq.

Qırmızı bağ filmi C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında və Rusiyanın WeiT Media kino şirkətində lentə alınıb. Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).

Rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri oynayırlar.

Film Qazaxıstanda 12-ci Avrasiya, Almaniyanın 65-ci Mannheim-Heidelberg və Türkiyədə 5-ci Van gölü beynəlxalq festivallarında iştirak edib. Ekran əsəri bugünlərdə Misirin paytaxtı Qahirədə beynəlxalq festivalda nümayiş olunub.

 

Mədəniyyət.- 2016.- 23 noyabr.- S.16.