Akvarel” rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək

 

 

   Noyabrın 29-da Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan edilən ümumrespublikaAkvarel” rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək.

   Layihənin məqsədi akvareli yaşatmaq və gələcək inkişafına stimul yaratmaqdır. Müsabiqəyə 148 rəssam 320 əsərlə qatılıb. Sərgidə 77 rəssamın 115 əsəri nümayiş olunacaq. Müsabiqənin qalibləri 2017-ci ildə nəzərdə tutulmuş beynəlxalq festivalda iştirak etmək hüququ qazanacaq.

  

 

Mədəniyyət.- 2016.- 25 noyabr.- S.2.