Prezident təqaüdçüsü olan gənc ifaçıların konserti

 

 

 

   Noyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Prezident təqaüdçüsü olan istedadlı gənc ifaçılar konsert proqramı ilə çıxış edəcəklər.

   Beynəlxalq Muğam Mərkəzində baş tutacaq konsertMultikulturalizm ili” çərçivəsində reallaşacaq. Konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət olunacaq.

   Qeyd edək ki, Prezident təqaüdçüləri olan musiqiçilərin respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün formalaşması məqsədilə təşkil edilən layihə mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən paytaxt və bölgələrdə həyata keçirilir. Layihə çərçivəsində bu ilin mayında ilk konsert Gəncədə, sentyabr ayında isə Biləsuvarda gerçəkləşib.

 

Mədəniyyət.- 2016.- 25 noyabr.- S.3.