Bakı Xoreoqrafiya Akademiyası müəllimlərinin növbəti ustad dərsləri

 

 

Respublikanın şəhər və rayonlarında xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi, uşaq incəsənət məktəblərinin xoreoqrafiya şöbələrində tədrisin keyfiyyətinin artırılması məqsədilə Bakı Xoreoqrafiya Akademiyası tərəfindən bölgələrdə ustad dərsləri təşkil olunur.

Akademiyanın tam orta məktəbinin direktor müavini, dünya xalq rəqsləri üzrə peşəkar müəllim Kamilə Əliyeva və Klassik rəqs kafedrasının müəllimi Mehriban Nəzərova 18-19 noyabrda Hacıqabulda Hacıqabul, Sabirabad, Salyan və Biləsuvar rayonlarından olan mədəniyyət müəssisələrinin xoreoqrafiya sahəsi üzrə mütəxəssisləri üçün ustad dərsləri keçiblər.

 

 

Mədəniyyət.- 2016.- 25 noyabr.- S.7.