Şəkidə TÜRKSOY Daimi Şurasının toplantısı keçiriləcək

 

 

 

“Şəki - Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinə yekun vurulur

  

   1-2 dekabr tarixində Şəki şəhərində TÜRKSOY mədəniyyət nazirlərinin Daimi Şurasının 34-cü toplantısı və “Şəki - Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçiriləcək.

   TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı 1 dekabrda Şəkidəki “Marxal” hotelində baş tutacaq. İclasın gündəliyinə qurumun il ərzində həyata keçirdiyi fəaliyyətlərin qiymətləndirilməsi, ənənəvi festivalların, cari layihələrin və yeni layihələrinin müzakirəsi, üzv ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və s. məsələlər daxil edilib.

   Bununla yanaşı, 2017-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtı olacaq şəhərin seçiləcəyi də gözlənilir.

   Toplantının sonunda yekun bəyannamə imzalanacaq və mətbuat konfransı keçiriləcək.

   Həmin gün Şəki Dövlət Dram Teatrında TÜRKSOY rəsm sərgisinin açılışı və “Şəki - Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi olacaq.

   Dekabrın 2-də qonaqlar üçün Şəki Xan sarayı, Karvansaraybaşqa görməli yerlər də daxil olmaqla gəzinti təşkil olunacaq.

   Xatırladaq ki, ötən il Türkmənistanın Mərv şəhərində keçirilmiş TÜRKSOY mədəniyyət nazirlərinin Daimi Şurasının 33-cü iclasında Azərbaycanın tarixi və mədəni şəhəri kimi Şəki təşkilatın 2016-cı il üçün mədəniyyət paytaxtı seçilib.

 

 

Mədəniyyət.- 2016.- 30 noyabr.- S.2.