Cahangir Cahangirovun yubileyinə həsr olunmuş tədbir

 

 

 

   Sumqayıt şəhər Qara Qarayev adına Uşaq musiqi məktəbində görkəmli bəstəkar Cahangir Cahangirovun 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

   Tədbiri giriş sözü ilə açan Günay Quliyeva bəstəkarın yaradıcılığı haqqında geniş məlumat verib və Azərbaycan musiqisinə gətirdiyi yeniliklərdən danışıb.

   Sonra məktəbin şagirdlərinin ifasında bəstəkarın "Qarabağ", "Koroğlu" filmindən "Bana, bana gəl", " şanı, qara şanı", "Sevgilim", "Bahar olsun", "Ana" (solo tarda), "Durnalar" (solo kamança) mahnıları, "Azad" operasından rəqs təqdim olunub.

  

 

Mədəniyyət.- 2016.- 30 noyabr.- S.2.