Bakı Musiqi Akademiyasında ustad dərsləri

 

 

 

   Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Polşanın tanınmış musiqiçiləri tərəfindən ustad dərsləri keçirilib. İki gün davam edən ustad dərslərini professorlar Jolt Tixamor Vişontay (violin), Mark Van de Vil (klarnet) Endryu Kreşçin (tuba) aparıb. Ustad dərsləri Polşanın Adam Mitskeviç İnstitutu tərəfindən həyata keçirilən “Culture Orchestra” layihəsi çərçivəsində gerçəkləşib.

   Ustad dərslərinin sonunda Bakı Musiqi Akademiyasında konsert proqramı təşkil olunub. Dərslərdə ən yaxşı nəticə əldə edən tələbələr beynəlxalq orkestrin tərkibində Avropaya qastrol səfərinə dəvət alacaq.

 

Mədəniyyət.- 2016.- 30 noyabr.- S.4.