Prezident təqaüdçüsü olan gənc ifaçıların konserti

 

 

   Noyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Prezident təqaüdçüsü olan istedadlı gənc ifaçıların konserti keçirildi.

   Konsert proqramıMultikulturalizm iliçərçivəsində təşkil edilmişdi. Tədbirdə Mədəniyyət Turizm Nazirliyi Elm, təhsil gənclərlə şöbəsinin müdiri Yaşar Əliyev iştirak edirdi.

   Proqramda C.Lombaridzenin “Basso ostinato”, Q.FaureninFantaziya”, P.VenyavskininKapriççio”, P.Çaykovskinin “Andante maestoso”, A.Tsfasmanınİntermetso”, C.RossinininNeopolitan tarantellasi”, H.RzayevinÇahargah rapsodiyası”, C.Cahangirovun “Ay qız”, B.BartokunRumın rəqsləri”, S.RaxmaninovunPolişinel”, “Musiqili an”, A.MəlikovunMonoloq”, S.Əliyevanın “Ana” digər Azərbaycan dünya bəstəkarlarının əsərləri səsləndirildi. Təqdim olunan kompozisiyalar alqışlarla qarşılandı.

   Qeyd edək ki, Prezident təqaüdçüləri olan musiqiçilərin respublikada tanıdılması gənc nəsildə bədii-estetik zövqün formalaşması məqsədi daşıyan layihə nazirlik tərəfindən paytaxt bölgələrdə həyata keçirilir.

   

   Savalan Fərəcov

Mədəniyyət.- 2016.- 30 noyabr.- S.6.