Mən, tək - kontrabasda...

 

Məşhur monotamaşanın növbəti uğuru

İllərdir Gənc Tamaşaçılar Teatrının repertuarında olanbir sıra beynəlxalq festivallarda uğurla çıxış edən Kontrabas tamaşası növbəti səfərdən qayıdıb.

Əməkdar artist Şövqi Hüseynovun oynadığı tamaşa bu dəfə Moldovanın paytaxtı Kişineuda keçirilən Moldfest.rampa.ru VIII Beynəlxalq teatr festivalında ölkəmizi təmsil edib.

Moldova Dövlət Dram Teatrının səhnəsində nümayiş olunan Kontrabas festivalda iştirak edən ən uğurlu tamaşa kimi qiymətləndirilərək diplommükafata layiq görülüb.

Festivalda Azərbaycanla yanaşı, Moldova, Belarus, Rusiya, İsrail, Serbiya və digər ölkə teatrlarının yaradıcı heyətləri iştirak ediblər.

 

Mədəniyyət.- 2016.- 30 noyabr.- S.7.