Əliağa Vahidin əsərləri yeni nəşrdə

 

 

 

   AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə böyük Azərbaycan şairi Əliağa Vahidin əsərləri nəşr olunub. Kitaba qəzəlxan şairin 1914-1934-cü illərdə qələmə aldığı müxtəlif mövzudajanrda bədii nümunələri daxil edilib.

   Görkəmli tədqiqatçı alim Əlabbas Müznibin topladığı və Əlyazmalar İnstitutunda saxlanılan həmin əlyazmaları institutun əməkdaşı Sona Xəyal transliterasiya edibkitabaön söz” yazıb. Kitabın rəyçiləri Əlyazmalar İnstitutunun əməkdaşları filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov və Qutiyera Cəfərovadır.

  

   S.Qaliboğlu

Mədəniyyət.- 2016.- 30 noyabr.- S.14.