Süleyman Rüstəmin 110 illiyinə həsr olunmuş yubiley gecəsi

 

 

Oktyabrın 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli şair, ictimai-siyasi xadim Süleyman Rüstəmin anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə reallaşacaq tədbirdə şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışılacaq. Tədbir çərçivəsində şairin şeir kitablarından ibarət sərgi açılacaq.

Gecədə şairin şeirlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı təqdim ediləcək.

 

Mədəniyyət.- 2016.- 5 oktyabr.- S.2.