Turizm qeyri-neft sektorunun aparıcı qüvvəsinə çevrilməkdədir

 

 

Şimal bölgəsində turizmin mövcud vəziyyətinə həsr olunan regional müşavirə keçirilib

 

Oktyabrın 4-də Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində şimal bölgəsində turizmin mövcud vəziyyəti, turizmrekreasiya zonalarının inkişafına həsr olunan regional müşavirə keçirilib.

 

Müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin müvafiq strukturlarının rəhbər şəxsləri, rekreasiya zonalarına düşən rayonların icra hakimiyyətlərinin nümayəndələri, bölgədə yerləşən turizm obyektlərinin sahibləri iştirak edib.

Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin əsas məqsədinin Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamından irəli gələn məsələlərin icrası ilə əlaqədar olduğunu diqqətə çatdırıb.

Əbülfəs Qarayev turizm sənayesinin inkişaf etdirilməsinin Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olduğunu vurğulayaraq, bu istiqamətdə aparılan islahatların son illər daha da intensiv xarakter aldığını bildirib.

Sərəncamın əhəmiyyətini diqqətə çatdıran nazir qeyd edib ki, Azərbaycanda turizm sənayesinin inkişafı üçün atılan addımlar artıq öz bəhrəsini verməkdədir. Turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı qüvvəsinə çevrilməkdədir. Son bir neçə ildə ölkəmizdə böyük turizm infrastrukturu qurulubbrend hotellər istifadəyə verilib. Bunun nəticəsində dünya turizm bazarında Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınır. İndi bu sahədə görülən işlər davam etdirilməkdədir.

Bildirilib ki, şimal bölgəsi ölkəmizin ən çox turizm potensiallı regionlarından biri hesab edilir. Region şimaldan Rusiya Federasiyasının Dağıstan Respublikası, şərqdən Xəzər dənizi, cənub-şərqdən Abşeron, cənubdan Dağlıq Şirvan, cənub-qərbdən isə Şəki-Zaqatala iqtisadi rayonları ilə həmsərhəddir. Xızı, Siyəzən, Şabran, Xaçmaz, QubaQusar rayonlarını əhatə edən bu region qədim tarix-mədəniyyət abidələri, milli memarlıq nümunələri, zəngin biomüxtəlifliyə malik olan faunaflora, təbiət abidələri, müalicə ehtiyatları, azsaylı xalqların rəngarəng folklor nümunələri və milli mətbəxi ilə cəlbedici turizm məkanına çevrilib.

Müşavirədə qeyd olunub ki, şimal regionu respublikanın zəngin kurort rekreasiya zonalarından biridir. Quba-Xaçmaz zonasında müxtəlif müalicəvi əhəmiyyətli mineral sular, Xəzər dənizi sahili boyu 35-40 kilometr məsafədə uzanan Nabran-Yalama kurort zonası, əlverişli iqlim şəraiti, meşə örtüyüs. kimi təbii-rekreasiya ehtiyatları var.

Tədbirdə şimal bölgəsində turizmin mövcud vəziyyəti ilə bağlı ətraflı məlumat verilməklə yanaşı, turizm rekreasiya zonalarının inkişafı üçün görülməli işlər, qarşıya çıxan problemlər haqqında da müzakirələr aparılıb.

Turizmin mövcud vəziyyəti, turizmrekreasiya zonalarının inkişafına həsr olunan növbəti müşavirə İsmayıllı rayonunda keçiriləcək.

 

Mədəniyyət.- 2016.- 5 oktyabr.- S.3.