Şalyapin adına müsabiqənin ilk qaliblərindən biri soydaşımızdır

 

 

Sentyabrın sonlarında Rusiya Federasiyasının Ufa şəhərində (Başqırdıstan) böyük rus opera müğənnisi Fyodor Şalyapin adına vokalçıların I Beynəlxalq müsabiqəsi keçirilib. "Ufada Şalyapin axşamları" adlı ənənəvi Beynəlxalq opera sənəti festivalı çərçivəsində ilk dəfə keçirilmiş müsabiqədə Azərbaycanın gənc ifaçıları da iştirak ediblər.

İki turdan ibarət sənət yarışında 8 ölkədən 41 vokalçı bacarığını sınayıb. II tura 18 nəfər keçib. Bu mərhələdə soydaşlarımız - Sankt-Peterburqdakı Mariinsk Teatrının solisti Regina Rüstəmova və Həmid Əbdülov uğurlu nəticə göstəriblər. Münsiflərin qərarı ilə Qran-pri mükafatı heç bir iştirakçıya verilməyib. Regina Rüstəmova isə Artur KaipkulovYaroslav Petryanik (hər ikisi Rusiya) ilə birlikdə I mükafata layiq görülərək laureat adını qazanıb.

Digər həmyerlimiz Həmid Əbdülov isə müsabiqənin diplomantı adını qazanıb.

 

Gülcahan

 

Mədəniyyət.- 2016.- 5 oktyabr.- S.4.