Azərbaycan ev sahibliyi etdiyi beynəlxalq tədbirlərlə dünyaya sülh mesajı verir

 

 

İSESCO-nun baş direktoruUNESCO-nun baş direktorunun müavini mədəniyyət və turizm naziri ilə görüşdə bunu bir daha vurğulayıblar

 

Sentyabrın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.

 

Nazir İSESCO-nun humanitar forumda yüksək səviyyədə təmsil olunmasına və tədbirin gedişinə verdiyi töhfəyə görə Əbdüləziz bin Osman əl-Tüveycriyə minnətdarlığını bildirib: “Forumun açılış mərasimində söylədiyiniz nitqbir daha nümayiş etdirdi ki, İSESCO ilə ölkəmiz arasında münasibətlər yüksək səviyyədədir və daim inkişaf edir”.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən İSESCO-nun baş direktoru Bakıya növbəti səfərindən, humanitar forumda iştirakından məmnun olduğunu deyib: “Belə bir möhtəşəm tədbirin açılışında çıxış etmək olduqca xoşdur. Bu cür beynəlxalq tədbirlərin Bakıda keçirilməsi artıq ənənə halını alıb və bu, Azərbaycanın dünyaya verdiyi sülhməramlı mesajlardır. Bir daha vurğulamaq istərdim ki, ölkənizin bu cür təşəbbüsləri daim İSESCO tərəfindən müsbət qarşılanıb və dəstəklənir”.

Əbülfəs Qarayev gələn il ölkəmizdə daha bir beynəlxalq tədbirin - İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini və bu istiqamətdə də İSESCO ilə əməkdaşlıq edildiyini nəzərə çatdırıb: “2017-ci ildə Bakı İslam coğrafiyasının mərkəzinə çevriləcək. Biz İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili üçün hazırlıqlara başlamışıq. Ölkə başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili üçün lazımi tövsiyə və tapşırıqlarını verirlər və təşkilati işlərlə yaxından maraqlanırlar. Biz bu istiqamətdə İSESCO-nun da dəstəyini hiss edirikümid edirik ki, Oyunların yüksək səviyyədə təşkili bütün İslam dünyası üçün sülh və barışığa töhfə olacaq”.

Əbdüləziz bin Osman əl-Tüveycri öz növbəsində İslam Həmrəyliyi Oyunlarının Bakıda yüksək səviyyədə keçiriləcəyinə şübhə etmədiyini bildirib və əlavə edib ki, İSESCO bütün təşkilati və digər məsələlərdə Azərbaycanla daim əməkdaşlıq içərisində olacaq.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.

* * *

Həmin gün mədəniyyət və turizm naziri ölkəmizdə səfərdə olan UNESCO-nun baş direktorunun müavini Engida Qetaçyunu da qəbul edib.

Qonağı salamlayan Əbülfəs Qarayev ölkəmizlə UNESCO arasında sıx əməkdaşlıq olduğunu qeyd edib. Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizlə təşkilat arasında əlaqələrin inkişaf etdirilməsi, Azərbaycanın, eləcə də dünya mədəni irsinin qorunması və təbliği sahəsində gördüyü işlər diqqətə çatdırılıb.

Nazir həmçinin, UNESCO-nun mədəni irs siyahılarında Azərbaycana aid nümunələrin yer almasını xalqımızın zəngin irsinin dünyada tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.

Öz növbəsində, UNESCO-nun baş direktorunun müavini Engida Qetaçyu Azərbaycanla yüksək əməkdaşlıq əlaqələrinə görə razılığını ifadə edib. O, 2016-cı ilin aprel ayında Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək təşkilatçılığından və tədbir çərçivəsində müzakirə olunan məsələlərin vacibliyindən söz açıb, multikultural dəyərlər mövzusunda Azərbaycanın dünyaya çox gözəl nümunə təqdim etdiyini vurğulayıb.

 

Mədəniyyət.- 2016.- 5 oktyabr.- S.5.