Bakıda növbəti “Avropa şəhərciyi” təşkil olunub

 

 

Bulvarda Avropa İttifaqının 22 ölkəsinin mədəniyyətini, turizm imkanlarını əks etdirən stendlər qurulub

 

Oktyabrın 1-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ittifaqa üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə səyi və Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə “Avropa şəhərciyi-2016” festivalı təşkil edib.

 

Dənizkənarı bulvarda baş tutan tədbirdə Avropa İttifaqına daxil olan 22 ölkənin mədəniyyətini, adət-ənənəsini və turizm potensialını əks etdirən stendlər quraşdırılıb.

Festivalın açılış mərasiminə Avropa ölkələrinin Bakıdakı diplomatları qatılıb. Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iştirak edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbər xanım Malena Mard çıxış edərək bildirib ki, “Avropa şəhərciyi” quruma üzv ölkələrlə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub. Festivalın keçirilməsində məqsəd Avropa İttifaqı ölkələrinə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır.

Vurğulanıb ki, “Avropa şəhərciyi” bütün əhali üçün açıq ictimai məkanda təşkil edilən bir tədbirdir. Gün ərzində uşaq və böyüklər üçün müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səyahətlər, milli rəqs və karaoke ifaları, feys-art və digər maraqlı proqramlar təşkil olunacaq. Müsabiqə və viktorina qaliblərini isə xüsusi hədiyyələr gözləyir.

Diplomat hər kəsi əyləncə dolu gündən zövq almağa dəvət edib. Sonra festival açıq elan olunub.

İştirakçılarqaspaço “paella” kimi tanınmış Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna tamaşa etməklə yanaşı, izza xəmirinin virtuoz-aşpaz tərəfindən havada fırladılması şousunu da yaxından izləmək imkanı əldə ediblər.

Festivalda xüsusi olaraq uşaqlar üçün sehrbazın çıxışı müxtəlif şoular da təşkil olunub.

Səs Azərbaycanlayihəsi iştirakçılarının ifası ilə davam edən festival məşhur fransız DJ David Vendetta skripkaçı Micah konsert proqramı ilə iştirakçıların zövqünü oxşayıb.

Qeyd edək ki, Bakıda “Avropa şəhərciyi” festivalı 2013-cü ildən etibarən keçirilir.

 

Mədəniyyət.- 2016.- 5 oktyabr.- S.9.