Bakı Britaniyanın turizm bələdçi jurnalında

 

 

Böyük Britaniyanın Səyahət Agentlikləri Assosiasiyasının (ABTA) ölkələr üzrə hər il nəşr etdiyi turizm bələdçi jurnalında Azərbaycana da yer verilib.

Jurnalda xüsusi diqqətçəkən məqam Bakı şəhərinin 2016-cı il üzrə turizm baxımından xüsusi irəliləyişə nail olan yaxşı perspektiv vəd edən 10 ən aparıcı şəhər sırasına daxil edilməsidir. Bu siyahıda ikinci yerdə göstərilən Bakının qədim müasir memarlıq nümunələri haqqında məlumat verilir, son illərdə şəhərin ev sahibliyi etdiyi mədəniyyət idman tədbirlərindən bəhs edilir.

1950-ci ildə təsis edilmiş ABTA Böyük Britaniyanın tur operatorlarını və səyahət agentliklərini özündə birləşdirən ən böyük assosiasiyadır. ABTA-nın nəşr etdiyiCountry by Countryturizm bələdçi kitabçasından assosiasiyanın üzvü olan tur operatorları, səyahət agentlikləri və britaniyalı turistlər istifadə edir.

 

Mədəniyyət.- 2016.- 5 oktyabr.- S.9.