Tarix-diyarşünaslıq muzeyində yeni sərgi

 

 

Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində “XIX əsr Azərbaycan məişəti” adlı sərgi təşkil olunub. Etnoqrafiya bölməsində yaradılan sərgidə Azərbaycan xalqının qədim tarixi, məişəti, adət-ənənəsi əksini tapıb.

Mətbəxdə istifadə olunan qazanlar, tayqulplar, tavalar, sərpuşlar, samovarlar, kasalar, sinilər və s. misdən hazırlanmış qab-qacaqlar, şətəllər, məfrəşlər, xurcunlar, xüsusi zövqlə hazırlanmış beşik, xalılar XIX əsr Azərbaycan ailəsinin məişətini göz önündə canlandırır.

 

Mədəniyyət.- 2016.- 5 oktyabr.- S.13.