Odlar ölkəsi - Şərqlə Qərbin görüşdüyü məkan”

 

 

Rusiya qəzetində Azərbaycan turizmi haqqında geniş yazı dərc olunub

 

Mədəniyyət və Turizm Nazirliyinin Rusiyadakı rəsmi nümayəndəliyi olanTour A Vent” şirkəti tərəfindən Rusiyanın “Moskovskiy komsomoleç” qəzetində ölkəmizin turizm imkanlarından bəhs edən geniş məqalə dərc edilib.

 

Odlar ölkəsi - Şərqlə Qərbin görüşdüyü məkan” başlıqlı yazıda müəllif Cəmilə Qolubitskaya Azərbaycanın turizm potensialı haqqında dolğun məlumat verir. Müəllif “Müasir turizmdə Fransa və İtaliyanı qabaqlayan igid ölkə” yarımbaşlığı ilə yazıya maraqlı bir giriş verir: “O hansı ölkədir ki, Rusiyadan oraya çox az yol qət etməklə birbaşa 11 iqlim, çimərlik, dağ turizmi, təbiət və SPA, qədim və tarixi məkanlar, etnoqrafik-təbii qoruqlar, lüks hotellər və brend şoppinq mərkəzləri ilə rastlaşmaq olar? Buraİtaliya, nə də Fransadır, bura daha yaxın bir ölkədir. O ölkə ki, orada hamı rus dilini bilir, rusiyalı turistləri isə həmişə dost-doğmaları kimi qəbul edirlər. Bura Odlar diyarı və qonaqpərvər Azərbaycandır!”

Məqalədə Azərbaycanın tarixi memarlıq nümunələri, maddi-mədəni irsi haqqında geniş bilgi verilir. Qeyd olunur ki, xoşməramlı və qonaqpərvər Azərbaycan xalqı hər zaman öz milli ənənələri ilə fərqlənib. Multikultural dəyərləri özündə yaşadan ölkədə bütün dinlərə hörmətlə yanaşılır və eyni zamanda ultramüasirliyi ilə seçilir: “Buranın təbiəti, uca dağ silsilələri, zəngin neft yataqları, palçıq vulkanları, şəlalə və hələ də toxunulmamış qalan təbii ehtiyatları turistləri heyran edir. Odlar diyarının Qədim İpək Yolu üzərində yerləşməsi özündə bir çox mədəniyyətləri birləşdirməsinə şərait yaradıb. Hər bir insan burada öz marağına uyğun turizm marşrutu tapmaq imkanına malikdir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən “Aleksandr Düma Qafqazda”, “Böyük İpək Yolu”, “Atçılıq”, “Şərab”, “Xalçaçılıq”, “Kulinariya” və s. turlar səyahət həvəskarlarına unudulmaz anlar yaşadır.

Paytaxt Bakının turizm imkanları, “ŞahdağTurizm Mərkəzi, Gəncə, Qəbələ, Şəki və digər bölgələrin turizm mənzərəsi geniş şəkildə təhlil edilir, istirahət etmək üçün əlverişli tərəfləri diqqətə çatdırılır. Bakıdakı Heydər Əliyev Mərkəzi, İçərişəhər, Naftalanda məşhur müalicəvi istirahət mərkəzi, Gəncədə Nizami məqbərəsi, QusardaŞahdağTurizm Mərkəzindən söz açılır.

“Şahdağ”ın heçFransa və İtaliyanın Alp kurortlarından geridə qalmadığı vurğulanır: “ŞahdağTurizm Mərkəzində turistlər üçün gözəl şərait və rahatlıq yaradılıb. Estetik cəhətdən gözoxşayan təbiət və hotelin pəncərəsindən açılan dağ mənzərələri... Avropa standartlarına tam uyğun yaradılan mərkəzdə dünyada bahalı sayılan turizm növlərindən biri, dağ-xizək turizmi ilə bağlı bütün işlər görülüb. Mərkəz qarşıdan gələn qış turizm mövsümündə qonaqları qəbul etməyə hazırdır”.

O da qeyd olunur ki, Azərbaycan dünya sivilizasiyasının bütün dəyərlərini qoruyaraq gələcək nəsillərə ötürür. Müəllif belə bir qənaətə bugünlərdə Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumunda iştirakı zamanı gəldiyini qeyd edir. Forumun yüksək səviyyədə təşkili, dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələrin iştirakını vurğulayır. Əlavə edir ki, Azərbaycan sivilizasiyalar arasında əlaqələrin inkişafı üçün humanitar aspektlərə böyük diqqət ayırır.

Yazıda paytaxt Bakının sürətlə gözəlləşdiyi vurğulanır. Bildirilir ki, 20 il əvvəl adi liman şəhəri olan Bakı bu gün inanılmaz dərəcədə inkişaf edib: “Çoxmərtəbəli binanın pəncərəsindən baxarkən şəhər sanki nağılvari animasiya filminə bənzəyir - göydələnlər, rahat nəqliyyat yolları, kosmik strukturlara bənzər tikililər... Avropa memarlığında yaraşıqlı binalar və onların yaxınlığında qədim Şərq tikililəri... Məhz bu səbəbdən də avropalı turistlər Bakını “Şərqlə Qərbin görüşdüyü məkan” adlandırırlar. Geniş ampluası bu şəhəri həm də film pavilyonuna çevirə bilib. Rejissorlar buranı Şərqin ən qədim şəhərləri olan Vavilon, Bağdad və Mərakeş obrazında görürlər”.

Daha sonra məqalədə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə haqqında məlumat verilir. Şəhərin tarixi, XIX əsrin əvvəlində Gəncə yaxınlığında alman icmasının ilk yaşayış məskəni olmuş Helenendorf qəsəbəsinin (indiki Göygöl şəhəri) salınması, buradakı alman lüteran kilsəsi ilə yanaşı, bölgənin qədim ənənələrə malik şərabçılıq təcrübəsi də vurğulanır. Dünyanın dörd bir tərəfindən turistlərin dahi Nizaminin məqbərəsini ziyarət etmək üçün gəlmələrindən söz açılır.

Müəllif “Azərbaycanın İsveçrəsi” adlandırdığı, caz, muğamklassik musiqinin məskəni hesab etdiyi Qəbələ, alma cənnəti Quba, uzunömürlülər diyarı Leriks. bölgələrimizin özəlliklərini də gözlər önündə canlandırır.

Yazının sonunda Azərbaycan mətbəxinin özəlliklərindən və ləzzətli xörəklərimizdən danışılır.

Məqalənin tam mətnini aşağıdakı link vasitəsilə oxumaq olar:

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 7 oktyabr.- S.8.