Poeziya bayramı keçirilib

 

 

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Səməd Vurğun adına şəhər Mərkəzi kitabxanasının təşkilatçılığı ilə "Söz-2016" poeziya bayramı keçirilib.

AYB Sumqayıt bölməsinin sədri Sabir SarvanS.Vurğun adına Mərkəzi kitabxananın direktoru Yeganə Əhmədova çıxış edərək "Söz” bayramının 1997-ci ildən ənənəvi olaraq keçirildiyini və poeziyasevərlər tərəfindən rəğbətlə qarşılandığını bildiriblər.

Sonra söz Sumqayıtda yaşayan şairlərə verilib. Qüdrət Muğanlı, Əşrəf Veysəlli, Namiq Dəlidağlı, Məmməd Namaz, Süleyman Hüseynov, Rafiq Oday, Rafail Laçınlı, Xürrəm Qafanlı, Elvin Əlizadə və başqaları yeni şeirlərini oxuyublar.

 

Mədəniyyət.- 2016.- 7 oktyabr.- S.11.