Görkəmli alimin 90 illik yubileyi qeyd olunub

 

 

Oktyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda görkəmli filosof alim, akademik Aslan Aslanovun 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli A.Aslanovun həyat fəaliyyəti, elmi yaradıcılığı barədə danışıb. O, alimin etika estetikanın inkişafına həsr olunmuş əsərləri ilə bağlı məlumat verib. Digər çıxışlarda da filosof alimin fəaliyyətindən bəhs edilib. Bildirilib ki, A.Aslanovun Şərq, Qərb, yunan fəlsəfəsi ilə bağlı qiymətli araşdırmaları var. O, Aristotelin Azərbaycandakı ən görkəmli tədqiqatçılarındandır.

Tədbirdə A.Aslanovun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

 

Mədəniyyət.- 2016.- 7 oktyabr.- S.14.