Azərbaycan yazıçıları beynəlxalq müsabiqənin qalibi olub

 

 

MDB ölkələri arasında nəsr və poeziya nümunələrinin "Rodnoy dom" müsabiqəsində iştirak edən Azərbaycan yazıçıları - Kamran Nəzirli, Nəriman Əbdülrəhmanlı, Nərmin Kamal və Elşən Məmmədli nəsr nominasiyası üzrə qalib olublar.

Kamran Nəzirli bildirib ki, ümumi mükafat sayında Azərbaycan yazıçıları 11 ölkə arasında birinci yerə çıxıblar. Müsabiqə təşkilatçıları və jüri üzvləri əsərlərə qiymət verərkən bədii dəyəri, ideya yeniliyini və aktuallığı, ədəbi dil normalarını, kütləvi oxucu marağını əsas götürüblər. Müsabiqəyə göndərilən yazılar Belarus İnformasiya Nazirliyinin təsis etdiyi ədəbiyyat portalında dərc olunub. Qaliblərin əsərləri Belarusun ədəbi jurnal və qəzetlərində çap olunacaq.

 

Mədəniyyət.- 2016.- 7 oktyabr.- S.15.