Gəncədə tələbə gənclərin estrada orkestrinin konserti

 

 

Gəncənin “2016-cı il Avropa gənclər paytaxtıseçilməsi ilə əlaqədar Mədəniyyət Turizm Nazirliyinin müvafiq tədbirlər planına əsasən, şəhərdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Tələbə gənclər estrada orkestrinin konserti keçirilib.

Nazirliyin təşkilatçılığı ilə gerçəkləşən konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının populyar mahnıları ifa olunub. Tələbələrin çıxışı böyük maraq doğurub. Konsert başa çatdıqdan sonra ifaçılar tamaşaçıların alqışları altında təkrar səhnəyə dəvət olunubdaha bir neçə mahnı səsləndiriblər.

 

 

Mədəniyyət.- 2016.- 12 oktyabr.- S.2.