“Üçüncü
günün adamı”nın çəkilişləri
yekunlaşıb
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan “Üçüncü günün adamı” adlı tammetrajlı bədii filmin çəkilişləri yekunlaşıb.
Yusif Şeyxovun ssenarisi əsasında çəkilən filmin rejissoru Babək Şirinsifətdir.
Psixoloji dram janrında çəkilən filmin quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Rolları Hikmət Rəhimov, Rasim
Cəfər, Kamran Ağabalayev,
Nicat Əli, Mehriban Zəki,
Zarina Qurbanova və
digərləri canlandırır. Qarabağ
haqqında həqiqətləri ekrana gətirməyi
qarşısına məqsəd qoyan
yaradıcı heyət çəkilişləri Bakı, Gəncə,
Şəki, İsmayıllı, Lahıc və digər
bölgələrdə aparıb.
Mədəniyyət.- 2016.- 12
oktyabr.- S.4.