Gənc Tamaşaçılar Teatrının aktyorları diploma layiq görülüb

 

 

Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları Anar SeyfullayevElgün Yəhyayev Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin diplomuna layiq görülüblər.

Teatrın mətbuat xidmətindən bildirilib ki, aktyorlar “Gənc həmkarlar ittifaqı lideri məktəbi” proqramı çərçivəsində “Bizim sizə ehtiyacımız var” layihəsi əsasında ictimai reklam çarxı hazırlayıblar. Reklam çarxı böyük maraqla qarşılanıb.

“Gənc həmkarlar ittifaqı lideri məktəbi” kompleks proqramının həyata keçirilməsində əsas məqsəd həmkarlar ittifaqı təşkilatlarında gənclərin fəaliyyətinin canlandırılması, istedadlı gənclərin üzə çıxarılması və maraqlarının müdafiə edilməsidir.

 

Mədəniyyət.- 2016.- 12 oktyabr.- S.4.