Müsyö Jordan və dərviş Məstəli şah” tələbələrin təqdimatında

 

 

2016-cı ildə “Avropa gənclər paytaxtı” elan olunan Gəncə şəhərində bu münasibətlə müxtəlif festivallar, mədəniyyət tədbirləri keçirilir. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyininmüvafiq əmrinə əsasən tədbirlər planı təsdiq olunub.

Oktyabrın 6-da nazirliyin təşkilatçılığı ilə Gəncə şəhərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupunun tələbələrinin iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şahpyesinin tamaşası və rəssam-tələbələrin sərgisi keçirilib. Tamaşa və sərgi tədbirdə iştirak edən Gəncə şəhərinin gəncləri tərəfindən böyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2016.- 12 oktyabr.- S.5.