"Həyatımın rolu"

 

 

Qısametrajlı film təqdim olunub

 

Oktyabrın 7-də “28 Mallda yerləşən “Cinema Plusda gənc rejissor Əsgər Hüsüyevin Qarabağ müharibəsi mövzusunda çəkdiyi "Həyatımın rolu" qısametrajlı filminin təqdimat mərasimi olub.

Filmin süjet xətti gənc aktrisanın tibb bacısı rolunu dərindən mənimsəməsi üçün könüllü olaraq cəbhədəki hospitalların birində tibb işçilərinə yardım etməsi, vətən uğrunda canından keçən əsgərlərimizin şücaətinə şahid olması və həyatının ən böyük mənası, gələcəkdə isə ömür-gün yoldaşı olacaq insanla tanış olmasından bəhs edir.

Ekran əsərinin ssenari müəllifləri Samir Camal və Pərviz Seyidlidir. Baş rolları əməkdar artistlər Bəhruz Vaqifoğlu, Gülzar Qurbanovaaktyor Faiq Mirzəyev canlandırır.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 12 oktyabr.- S.12.