Fransanın Konyak şəhərində Məhsəti Gəncəvinin heykəli ucaldılıb

 

 

Heydər Əliyev Fondu FransadaNizami Gəncəvi və Məhsəti Gəncəvi: XII əsrlə XXI əsri birləşdirən ədəbi körpü” adlı layihəsi çərçivəsində bir sıra şəhərlərdə tədbirlər təşkil edib. Bugünlərdə Fransanın Konyak şəhərində görkəmli şairə Məhsəti Gəncəvinin heykəlinin açılış mərasimi olub.

 

Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə TovuzKonyak şəhərlərinin qardaşlaşmasının ilk layihəsi olan Məhsətinin mərmərdən hazırlanmış heykəlinin şəhərin mərkəzində, meriyanın bağında ucaldılması burada əsl Azərbaycan mühiti yaradıb.

Mərasimdə Konyak şəhərinin meri Mişel Qurenşan, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış ediblər. Bildirilib ki, Azərbaycan və Fransa şəhərlərinin qardaşlaşması və belə mədəni layihələr ikitərəfli münasibətlərin zənginləşməsinə, xalqların bir-birinin mədəniyyətini yaxından tanımasına imkan yaradır.

Qeyd olunub ki, Məhsəti Gəncəvi hələ XII əsrdə əsərlərində qadınların hüquqlarını və kişi-qadın bərabərliyini müdafiə edib, onun rübailəri bu gün bir çox dillərə tərcümə olunaraq oxunur. Məhsətinin 900 illiyinin 2013-cü ildə UNESCO-da təntənəli şəkildə qeyd olunduğunu, Heydər Əliyev Fondunun dəstəyi ilə Müluz Yuxarı Elzas Universitetində Məhsəti Gəncəvi adına zalın fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

Konyak merinin müavini Jan-Fransua Herouard Məhsətinin yaradıcılığından danışaraq musiqi sədaları altında onun rübailərindən bir neçəsini söyləyib.

Tədbir iştirakçıları heykəlin müəllifləri Səlhab Məmmədov və Əli İbadullayevə yaratdıqları əsərə görə təşəkkür ediblər.

Sonra meriyada təşkil olunan kokteyldə tarzən Rövşən Qurbanovunkamança ustası Ceyhun Muradovun müşayiəti ilə Gülay Zeynallı muğamlarımızı ifa edib.

 

Mədəniyyət.- 2016.- 12 oktyabr.- S.6.