Hilton Baku” mehmanxanası beş yaşını qeyd edir

 

 

2011-ci il oktyabrın 11-də fəaliyyətə başlamış “Hilton Bakuhoteli 5 illiyini qeyd edir. Dünyaca məşhur brendi Azərbaycanda təmsil edən mehmanxana ötən müddətdə paytaxtda baş tutan bütün önəmli tədbirlərin təşkilində fəal iştirak edib.

Uğurlu fəaliyyəti nəticəsində “Hilton Baku” 2013, 2015 və 2016-cı illərdə “Azərbaycanın ən yaxşı biznes hoteli” nominasiyasında mükafat qazanıb.

Hiltonnun rəsmi hotel statusu daşıdığı beynəlxalq tədbirlərə misal olaraqEurovision” mahnı müsabiqəsi (2012), FİFA U-17 qadınlar arasında futbol çempionatı (2012), Bakı Beynəlxalq Humanitar Forumu (2014, 2015), Avropa Oyunları (2015), “Formula 1” yarışı, Dünya Şahmat Olimpiadası (2016) və s. göstərmək olar. Mehmanxana dünya şöhrətli aktyor və müğənniləri qonaq edərək Azərbaycan qonaqpərvərliyini ən yüksək səviyyədə tanıdıb.

Hotelin işçi heyəti xeyriyyə və ictimai yardım işlərində də daim fəal olub. Vərəm xəstəlikləri sanatoriyasını ziyarət, ağacəkmə və ətraf mühiti yaşıllaşdırma, dənizkənarı sahil ərazilərin təmizlənilməsi, autizmlə bağlı maarifləndirmə tədbirləri, davamlılığa dəstək məqsədli velosiped turlarının təşkili və s. bu qəbildəndir.

Hilton Baku” növbəti illərdə də uğur gətirəcək yeni layihə və tədbirlərə imza atmağa hazırdır.

 

Mədəniyyət.- 2016.- 12 oktyabr.- S.9.