Mötəbər sənət forumunda daha kimləri görəcəyik?

 

 

 IV Bakı Beynəlxalq Teatr Konfransı ərəfəsində

 

 

IV Bakı Beynəlxalq Teatr Konfransına (7-8 noyabr) bir aydan az vaxt qalır. Artıq ənənəyə çevrilmiş mötəbər foruma 40-dək ölkədən nümayəndələr, o cümlədən beynəlxalq teatr təşkilatlarının rəhbər və təmsilçiləri qatılacaq. Ötən saylarımızda onların bir qismi haqqında məlumat vermişdik.

 

«Multikulturalizmteatr» mövzusuna həsr olunacaq konfransda iştirak edəcək qonaqlardan daha bir neçəsi barədə məlumatı diqqətə çatdırırıq.

Piter Qoldfarb (ABŞ) 40 ildən çoxdur ki, sənət aləmindədir. Teatrkino aktyoru kimi yaradıcılığa gəlmiş P.Qoldfarb uzun illərdir ki, həm də beynəlxalq layihələrin prodüseri kimi tanınır. Nyu-York teatrındakı fəaliyyətindən sonra NBC telekanalında çalışıb, burada 30-dan artıq dram əsərinə, teleseriala quruluş verib. «Nyu-Yorkdan qaçış», «Supermen» kimi filmləri istehsal edən konsorsiumda baş məsləhətçidir.

Vasil Vovkun (Ukrayna) səhnə fəaliyyətinə musiqili-dram teatrı aktyoru kimi başlayıb. Uzun illər müxtəlif teatrlarda çalışdıqdan sonra quruluşçu rejissor kimi özünü sınayıb, müxtəlif mədəniyyət müəssisələrində bədii rəhbər vəzifəsini tutub. Ukraynanın Xalq artistidir. 2007-2011-ci illərdə Ukraynanın mədəniyyət naziri olub. Hazırda S.Kruşelnitskaya adına Lvov Milli Akademik OperaBalet Teatrının bədii rəhbəridir.

Azaliya Balqazina (Başqırdıstan, Rusiya) Ufa Dövlət İncəsənət İnstitutunun məzunudur. Hazırda M.Qafuri adına Başqırdıstan Akademik Milli Dram Teatrında muzey direktorudur. Milli teatr sənəti tarixini araşdırır, həm də pyeslər yazır.

Vladislav Qrakovski (Almaniya) Qazaxıstanın Karaqanda şəhərində doğulsa da, sənət yolu onu Özbəkistana, sonra Rusiyaya aparıb. Teatr aktyoru, rejissordur. 2002-ci ildən Almaniyada yaşayır. Müxtəlif teatrlarda çalışdıqdan sonra öz truppasını yaradıb. 2013-cü ildən Ştutqartda «Theater Atelier» adlı truppaya rəhbərlik edir.

Vladimir Yankovski (Rusiya) yaradıcılıq fəaliyyətinə konsertmeyster-dirijor kimi başlayıb. Uzun illər Rusiyanın ən müxtəlif musiqili teatrlarında çalışıb. Rusiyanın Əməkdar artistidir. Berlindəki Eysler Ali musiqi məktəbində opera-simfonik orkestr dirijoru kimi staj keçib. 2003-cü ildən Gennadi Çixaçovun rəhbərliyi altında Moskva Musiqili Teatrının baş dirijorudur.

 

Gülcahan

 

Mədəniyyət.- 2016.- 14 oktyabr.- S.6.