Kalmık teatrının qastrolu davam edir

 

 

Oktyabrın 13-də Rusiya Federasiyasının B.Basanqov adına Kalmık Milli Dram Teatrının Bakıda qastrolu başlanıb. Bu il 80 yaşını qeyd edən teatr Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağıdır.

 

Üçgünlük qastrol səfərinə kollektiv balacalar üçün Y.ŞyutskininÜç donuz balasıəsərinin tamaşasını B.BasanqovunTəəccüb doğuran hadisəəsəri əsasında V.Şuqrayeva Ə.Əmirlinin səhnə üçün işlədikləriQohumlartamaşasını gətiriblər.

Uşaq tamaşaları hər gün üç seans nümayiş etdirilir. Bununla yanaşı, ev sahibi qonaq teatr birlikdə maraqlı eksperiment hazırlayıblar. Ötən teatr mövsümündə B.Basanqov adına teatrın bədii rəhbəri, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Boris Manciyevin Bakıda hazırladığıQohumlartamaşası bu dəfə Dövlət Gənc Tamaşaçılar Teatrı Kalmık Milli Dram Teatrının aktyorlarının ifasında göstəriləcək.

Qastrolun ilk günü səhər seanslarında rus dilində nümayiş etdirilənÜç donuz balasıtamaşasını balacalar maraqla izlədilər. Tamaşa Boz Canavarın Naf-Naf, Nif-Nif Nuf-Nuf adlı qardaşları yemək istəyinə, Naf-Naf ilə Kəpənəyin dostluğuna, səhnədə baş verən bütün macəralara çevik reaksiyası, Kəpənəklə birgə rəqs etmələri ilə yadda qaldı.

Axşam isəQohumlardemək olar ki, artıq doğmalaşmış iki teatr kollektivinin birgə ifasında təqdim olundu.

B.Basanqov adına Kalmık Milli Dram Teatrının Bakı qastrolu oktyabrın 14-15-də davam edəcək. Balaca tamaşaçılar saat 10.00, 12.00 14.00-da “Üç donuz balası”nın, böyüklər isə şənbə günü axşam qohumluq cəhdi alınmayanQohumlar”ın başına gələnlərdən xəbər tutacaqlar.

 

Mirməmməd  Gülcahan

 

Mədəniyyət.- 2016.- 14 oktyabr.- S.6.