Musiqili Teatrın yaradıcılıq studiyasında yeni tamaşa

 

Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcılıq studiyasında yeni tamaşanın məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Ceyms BarrininPiter PenVendi” və Qrimm qardaşlarının məşhur “Bremen musiqiçiləri” nağıllarının süjeti əsasında tamaşanı səhnə üçün Anar Sadıqov hazırlayıb.

Bremen musiqiçiləri və Penadlanan musiqili nağıl-tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Zaur Əliyevdir. O, eyni zamanda tamaşanın musiqi tərtibatçısıdır. Tamaşanın quruluşçu rəssamı Afaq Bayramova, quruluşçu baletmeysterləri YelenaZakir Ağayevlər, konsertmeysteri Fidan Babayevadır. Rolları gənc aktyorlar Əmrah Dadaşov, Nicat Əli, Zaur Əliyev, Ruslan Mürsəlov, Aydan Həsənova və başqaları ifa edirlər.

Məşhur nağılların əsasında hazırlanan bu səhnə əsərində Xeyir ilə Şərin mübarizəsinin sonunda dostluğun, qorxmazlığın, dürüstlüyün, ləyaqətin qalib gəlməsi tərənnüm olunur.

 

Mədəniyyət.- 2016.- 14 oktyabr.- S.6.