Çimnaz xanım yuxudadır"

 

 

Ağdam teatrının səhnəsində

 

Ağdam Dövlət Dram Teatrında Süleyman Rüstəmin "Çimnaz xanım yuxudadır" pyesi əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış keçirilib. Tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Sərvər Əliyev quruluş verib.

Tamaşanın quruluşçu rəssamı Yusif İmamverdiyev, bəstəkarı Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, rəqslərə quruluş verən Vüsal Mehrəliyevdir. Rolları Əməkdar artist Aida Qasımova, aktyorlar Səbuhi Əhmədov, Afaq Əliyeva, Elgiz Mürşüdov və başqaları oynayır.

İctimai baxışda Ağdam rayonunun ziyalıları iştirak edib. Tamaşada rejissorun kukla teatrı elementlərindən bacarıqla istifadə etdiyi vurğulanıb.

 

Mədəniyyət.- 2016.- 14 oktyabr.- S.6.