Şahdağ” qiymətləri münasib olan dağ-xizək kurortları sırasında

 

 

Rusiyanın “TurStatagentliyiWoman's Day” saytı ilə birlikdə Yeni il tətili günləri üçün ən münasib qiymətləri olan 10 populyar yerin, o cümlədən dağ-xizək kurortlarının siyahısını tərtib edib.

 

Azərbaycanın “ŞahdağTurizm Mərkəzi qarşıdakı qış mövsümündə dağ-xizək istirahəti qiymətlərinin münasibliyinə görə Gürcüstanın Qudauri və Bolqarıstanın Pamporovo kurortlarını qabaqlayaraq ikinci yeri tutub. Siyahıda birinci yerdə Polşanın Zakopane dağ-xizək kurortudur.

“TurStat”ın məlumatına görə, kurortlarda istirahət büdcələrinin müqayisəsi üçün Moskvadan təyyarə biletinin və həmin kurortlarda bahalı olmayan hoteldə bir gün qalmağın qiymətləri nəzərə alınıb: Zakopane, Polşa (16,5 min rubl), “Şahdağ” Azərbaycan (17,6 min), Qudauri, Gürcüstan (18,1 min), Pamporovo, Bolqarıstan (20,1 min).

Reytinqdə bildirilir ki, “Şahdağ”ın dağ-xizək kurortları arasında yeni məkan olmasından başqa turistlərin müsbət rəyləri qarşıdan gələn qış mövsümündə ona üstünlük verilməsinə şərait yaradır.

Woman's Day” bahalı olmayan şəhər turlarından Buxaresti (Rumıniya - 16,6 min rubl), Sarayevonu (BosniyaHerseqovina - 17,1 min) və Budapeşti (Macarıstan - 18,5 min) tövsiyə edir.

Saytın versiyasına görə, Sanya (Çinin Xaynan adası - 39 min rubl), Fukuok (Vyetnam - 40 min) və Sianukvil (Kamboca - 42 min) Yeni il şənlikləri dövründə çimərlik istirahəti üçün cəlbedici yerlərdir.

 

Mədəniyyət.- 2016.- 14 oktyabr.- S.9.