Azərbaycanda dağ-xizək turizminə dair seminar

 

 

Rusiya turizm təmsilçilərinəŞahdağkompleksi haqqında məlumat verilib

 

Oktyabrın 13-də Mədəniyyət Turizm Nazirliyinin Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent” şirkəti Azərbaycanda dağ-xizək istirahətinə dair seminar təşkil edib. Seminar “ŞahdağTurizm Mərkəzi ilə birlikdə təşkil edilib.

ŞahdağTurizm Mərkəzinin kommersiya direktoru Elnarə Fərzəli seminar iştirakçılarını Azərbaycanın ilk ən böyük dağ-xizək kurortunun xidmətləri haqqında məlumatlandırıb. Qış mövsümü ilə əlaqədar daha çox aktual olan dağ-xizək istirahəti haqqında sualları cavablandıran direktor bu barədə geniş məruzə ilə çıxış edib. Seminar iştirakçılarınaŞahdağ”da fəaliyyət göstərən hotellər haqqında da məlumat verilib.

Regionun ən böyük xizək kurortunun fəaliyyətinə həsr edilən tədbir Azərbaycan milli mətbəxindən nümunələrin təqdimatı ilə davam edib. Mərasim zamanı Azərbaycanın turizm imkanları ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbirin təşkilatçıları tərəfindən iştirakçılara sertifikatlarkiçik hədiyyələr təqdim edilib.

 

Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.9.