Həştərxan telekanalında turizm imkanlarımız haqqında reportaj

 

 

Rusiyanın Həştərxan vilayətinin “Astraxan 24” telekanalı Azərbaycanın turizm imkanları barədə reportajlar təqdim edib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində kanalda doqquz reportaj yayımlanıb.

Xüsusi reportajlarda Bakı, Gəncə, Xaçmaz, Quba, Qusar, Şabran, Şəki, Lənkəran və Mingəçevirin turizm potensialı haqqında ətraflı məlumat verilib. Yayımlanan materiallarda bu şəhər və rayonlarda turistlərin diqqətini daha çox cəlb edən tarixi abidələrdən, təbiət mənzərələrindən və turizm obyektlərindən danışılıb.

Astarxan 24” kanalı peyk, kabel şəbəkələri və internet vasitəsilə yayımlanır. Kanal Həştərxan vilayəti kabel operatorlarının şəbəkələrində təmsil olunur. Kanalı kabel yayımından izləyənlərin sayı 200 min nəfərdən çoxdur.

 

Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.9.