“Türkiyədən Azərbaycana turizm səfərlərini təşviq etmək lazımdır”

 

 

Türkiyənin əsas kurort bölgələrindən olan Dənizli həm də burada keçirilən festivallarla tanınır. Bölgənin turizm və mədəniyyət imkanları bir-birini tamamlayaraq onun daha geniş təbliğinə zəmin yaradır. 2-7 oktyabr tarixində Türk Hava Yolları, "NG Hotel Group", "Nobel" Tibb Mərkəzi və "Kaya Termal"ın dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycanın turizmmedia təmsilçilərinin Dənizli bölgəsi ilə tanışlığı zamanı da bu məqamlar önə çəkildi. Biz də fürsətdən istifadə edib Dənizli valisi Ahmet Altıparmakla həmsöhbət olduq. Vali öncə söhbətə Azərbaycana ilk səfərindən, ölkəmizə sevgisindən bəhs etdi.

 

- Dənizlidən öncə MuğlaAntalya kimi önəmli bölgələrdə vali vəzifəsində çalışırdım. Həmin dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Muğlaya gəlmişdi, onun bizimlə görüşü, bölgə ilə tanış olması yaddaşımda zəngin xatirələrlə qalıb. Azərbaycana isə ilk dəfə 2009-cu ildə getmişəm. O vaxta qədər qardaş ölkə haqqında ümumi məlumatlarım var idi. Azərbaycanda olmaq, oranı gəzməyi, görməyi çox istəyirdim.

 

- Bakıya nə ilə bağlı səfər etmişdiniz?

- 2009-cu ildə Bakıda bir turizm sərgisinə qatıldıq. O zaman mən Muğla valisi idim. İçərişəhərdə hoteldə qalırdıq. Gecə sahili, qədim şəhərin küçələrini dolaşdıq. Bakıda məni ən çox təsirləndirən dilin sadəliyi idi. Bu baba, nənələrimizin, analarımızın danışdığı dil idi. Qulağa elə doğma gəlirdi ki, sanki şeir söyləyirdilər. Bakıdakı Ədəbiyyat Muzeyi məni çox təsirləndirdi. Orda hər bir ədəbiyyat adamının heykəli qoyulmuşdu. Bakıdan sonra Naxçıvana getdik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə görüşümüz oldu. Orda da muzeyləri, görməli yerləri gəzdik. Onu da deyim ki, mən Ərzurum valisi işləyərkən Naxçıvanla sıx əlaqəmiz vardı. Hətta Naxçıvan Muxtar Respublikasının yaradılmasının ildönümü günündə Ərzurumdan Mehter orkestrini ora yollamışdıq. Onların ifası hər kəsin xoşuna gəlmişdi. Musiqi, mədəni irs, incəsənət insanları birləşdirən körpülərdir.

 

- Mədəniyyətdən söz düşmüşkən, Türkiyənin bir çox bölgələrini həm onun festivalları tanıdır. Dənizlini təqdim edən hansı festivallardır?

- Təbii ki, Türkiyənin bütün bölgələrində olduğu kimi, Dənizlidə belə festivallar keçirilir. Ümumiyyətlə, Dənizli Türkiyədə əl-üz dəsmalları, xalatları (hamam xalatı) ilə məşhurdur. Bununla bağlı festival keçiririk. Bundan başqa, “Üzüm festivalıkeçiririk. Qoyunları sudan keçirməadlı maraqlı bir xalq ənənəsinə bağlı festivalımız da var.

 

- Dənizli hazırda kimi turizm imkanlarına malikdir?

- Təxminən 3 aydır ki, Dənizliyə vali təyin olunmağıma baxmayaraq, buranı çoxdan tanıyıram. Çünki daha əvvəl Antalya Muğlada çalışdığım üçün bu bölgədə turizmi çox fərqli ölçüləriylə görmə araşdırma imkanım oldu. Pamukkale, sizin gördüyünüz kimi, çox fərqli bir gözəlliyə sahibdir. Ətrafındakı antik dövr xarabalıqları, qədim tikililərin qalıqları bu yerlərin miladdan əvvəl başlayıb miladdan sonra da Səlcuqlu Osmanlı dövrləri ilə bağlı böyük bir tarixi irsə, necə deyərlər, ev sahibliyi edib. Buralar qədim dövrdən termal suyun səhiyyə sahəsində istifadə edildiyi bölgələrdir. Hierapolis Laodikya eyni zamanda parça istehsalı mərkəzləridir. Çünki Hierapolis nekropolundan bəhs edilən bir yazıda bu bölgənin çox əhəmiyyətli bir tekstil mərkəzi olduğu qeyd edilir. Bir sözlə, bölgə parça istehsalında keçmişdə Türkiyə dünyada çox əhəmiyyətli yerlərdən birini tutub. Bu baxımdan, Dənizli həm sağlamlıq turizmi, həm mədəniyyət turizmi ilə geniş imkanlara malikdir. Eyni zamanda Türkiyədə turizmə böyük vəsaitlər qoyulur, yatırımlar edilir, turizm təsisləri hava limanlarına yaxın yerlərdə salınır.

 

- Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri, o cümlədən sağlamlıq turizmi obyektləri nümayəndələrinin bölgəyə səfərini onlarla keçirdiyiniz toplantının nəticələrini necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, Türkiyə ilə Azərbaycan arasında bu sahədə qurulan əməkdaşlıq çox əhəmiyyətli olacaq. Bildiyimə görə, Azərbaycanın əhalisi 10 milyon nəfərə yaxındır. Türkiyədə hər il təxminən bu qədər insan xarici ölkələrə səyahətə çıxır. Onun 10-20 faizi ölkənizə cəlb edilsə, bu, Azərbaycanın turizm iqtisadiyyatına çox böyük töhfə verər. Burada insanlar özləri tur təşkil edib müxtəlif ölkələrə gedirlər. Azərbaycan turizm nümayəndələri ilə keçirdiyimiz görüşü çox yüksək dəyərləndirirəm. Lakin Azərbaycana gələn turist sayının artması üçün sizin turizmçilər tərəfindən etibarlı tərəfdaşlarla burada yaxşı təqdimatlar keçirilməsi, buradan Azərbaycana turizm səfərlərinin təşviq edilməsi lazımdır.

 

M.Sultanova

Ankara

 

Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.12.