Keloğlan nağılları” müzikl-tamaşası ilk dəfə Bakı səhnəsində

 

 

Heydər Əliyev Sarayında Ankara teatrının təqdimatında “Keloğlan nağılları” müzikl-tamaşası təqdim olunub.

Bakıda ilk dəfə nümayiş olunan tamaşanın süjet xətti belədir: Nağıllar kəndində illərcə “Alma şəkəri festivalı” keçirilsə də, Qara vəzirin qorxusundan bu festival yasaqlanır. Bunu öyrənən Keloğlan və dostları, Qara vəzir və mühafizəçilərinə baxmayaraq festivalı reallaşdırmağı qərarlaşdırırlar. Əyləncəli mahnıları, rəqsləri ilə müzikli uşaqlar, həmçinin böyüklər maraqla izləyiblər.

 

Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.16.