“İçərişəhər” və “Qırmızı bağ” Qahirə festivalında

 

 

“İçərişəhər” və “Qırmızı bağ” bədii filmləri 15-24 noyabr tarixində keçiriləcək 35-ci Qahirə Beynəlxalq Film Festivalına (Cairo International Film Festival) dəvət alıb. Filmlərimiz festivalın “Panorama” proqramında nümayiş etdiriləcək.

Hər iki ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

“İçərişəhər” filminin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaellaİlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.

“Qırmızı bağfilminin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).

Filmdə Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və başqaları çəkilib.

 

Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.16.