Aycan” tamaşası yeni quruluşda hazırlanır

 

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 89-cu mövsümün ilk uşaq tamaşasının məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, tanınmış şairdramaturq Xanımana Əlibəylinin “Aycan” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Olqa Şabanova, bəstəkarı Rüfət Ramazanov, rejissor assistenti Anar Seyfullayevdir. Səhnə əsərində rəqslərin quruluşu Yelena Volkovaya məxsusdur. Rolları əsasən gənc aktyorlar ifa edəcəklər.

Yeni tamaşanın noyabr ayının sonlarında təqdim olunması nəzərdə tutulur.

Aycan” əsəri ilk dəfə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 70-ci illərdə səhnələşdirilib. Bundan başqa, X.Əlibəylinin “Dovşanın ad günü” əsəri əsasında hazırlanmış tamaşa bu ilin yanvarında ikinci dəfə hazırlanaraq izləyicilərə təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 21 oktyabr.- S.6.