Hüseyn Cavidmüasir gənclik” mövzusunda elmi konfrans

 

 

Oktyabrın 18-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Hüseyn Cavidin ev-muzeyi ilə birgə “Hüseyn Cavidmüasir gənclik” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbir Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə və böyük şair-dramaturqun anadan olmasının 134-cü ildönümünə həsr edilib.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra elm, təhsil və mədəniyyət sahələrində qazanılan nailiyyətlərdən danışıb. Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən akademik dahi sənətkarın ədəbi irsinin toplanması, qorunması, tədqiq və təbliğ edilməsi sahəsində Hüseyn Cavidin ev-muzeyinin mühüm rolunu vurğulayıb.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli Cavidlər irsinin əhəmiyyətindən söz açıb.

Konfransda mövzu ilə bağlı məruzələr dinlənilib. Məruzəçilər “Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam”, “Azər” və digər ölməz əsərlərin müəllifi olan böyük şair Hüseyn Cavidin ədəbi irsi ilə bağlı fikirlərini bölüşüblər.

 

Mədəniyyət.- 2016.- 21 oktyabr.- S.10