Fenomenal türk

 

 

Gözəlliklər aşiqi, milli istiqlal yolçusu, azadlıq, müstəqillik mücahidi - Xəlil Rza Ulutürk

 

Söz, şer-şeiriyyət aləminin ab-havasını bir xeyli dəyişmiş hesab edilən bu sənətkar öz milli çaba-çalışmaları ilə şairlik “peşə”sinin də mahiyyətində inqilab etmiş oldu. Şairliyi, çoxmilyonlu və çoxrəyli oxucu ordusunun bir qismində əsrlərlə yaşayan (və hələ yaşayası) “gül-bülbül aşiqliyi” sinfinə mənsubluq qarasından çıxardı. Bəzilərinin mübarizədə “sıravi əsgər” belə hesab etmədiyi sözü, sənəti generallığa yüksəltdi...

 

Bütün hərbi-siyasi çinlilərimizin, ictimai-maarifi aydınlarımızın hələ leqal ya qeyri-leqal qımıldandığı dövrlərdə yazdı (və çap etdirə bildi!) ki;

 

Azadlığı istəmirəm -

Zərrə-zərrə, qram-qram.

Qolumdakı zəncirləri qıram gərək,

Qıram! Qıram!

Azadlığı istəmirəm

Bir həb kimi, dərman kimi.

İstəyirəm səma kimi,

Günəş kimi,

Cahan kimi:

Çəkil, çəkil, ey qəsbkar,

Mən bu yurdun gur səsiyəm:

Gərək deyil sısqa bulaq,

Mən ümmanlar təşnəsiyəm!..

 

Bu canlı alov, şanlı qələm, Vətəni istiqlala, birləşdirməyə layiq oğullarıöz kişi bətnindən doğmaqistəkli -

 

Ər oğlu Ər

 

21 oktyabr 1932-ci ildə indiki Salyanın Pirəbbə kəndində doğuldu, heç bir qəzet-jurnal yazısına sığmayası Vətən ömrü, məmləkət aşiqliyi, millət mücadiləsi yaşayıb, 1994-cü ilin iyununda Bakıda vəfat etdi...

Bu nəqli informasiyadakı ilk sonuncu ifadələr, mənə, hər şeydən öncə, O.Balzakın bir fikrini xatırlatdı: “Dahilər ucqarlarda doğulur, Parisdə ölür”...

Belə bircanlı təlatüm”ün təqdimatı üçün o qədər vacib olmasa da, deyək ki, bu böyük Ulutürk-şair, həm ünlü tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, Əməkdar incəsənət xadimi, “İstiqlalordeni, M.F.Axundov mükafatı laureatı, Xalq şairi kimi şərəfli ad təltifatlar daşıyıcısıdır.

1954-cü ildə ADU-nun (BDU) jurnalistikasını bitirib, əmək fəaliyyətinəAzərbaycan qadınıjurnalında başlayan X.Rza dövri mətbuatda çap etdirdiyi məqalə şeirləri, “Bahar gəlirkitabı ilə ədəbi ictimaiyyətin diqqətini dərhal cəlb edir. 1957-ci ildə AYB onu Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna (Ali ədəbiyyat kurslarına) göndərir. Görkəmli rus sənətkarlarından P.Antokolski, S.Marşak, M.Şoloxov, “dahi mühacirN.Hikmətlə görüşləri gənc şairin əbədi xatirə işığına çevrilir. Bakıya qayıtdıqdan sonra təhsilini APİ-nin aspiranturasında davam etdirir.Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrımövzulu dissertasiyanın böyük uğuru rəhbərlikdə bumillətçi ünsür”ün institutda müəllim saxlanıb-saxlanmamasıdilemma”sında müsbətə işləyir -

 

...

 

Bir vaxt tələbə auditoriyalarındanən nadincmüdavim kimi çıxmış bu adam o ictimai otaqlara müəllim kimi daxil olduğu gündən, nümayəndələri hələ qalan tələbələri demişkən, “dərs proqramı çərçivələri gedir işinə”. Onun mühazirələrindəProletariatın dahi rəhbəri”, “Sov.İKP-yə eşq”, “İkinc ana dili s. kimi tərkib bülbüloqrafiya”lar birdəfəlik eşidilməz olur. Əvəzində - ümumbəşəri kontekstdən başlayan vətənpərvərlik, qədim milli dəyərlərimiz, dilimizin işləkliyi təmizliyi uğrunda çalış-çarpışmaları, ürək yanğılı mülahizə-mühakimələri nəhayət, 25 il bundan öncə uğraşdığımız Azadlıq-Müstəqilliyimizə bünövrə daşları hesab edə biləcəyimiz millətçilik düşüncələri...

Bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən yayınmır çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır. Bilikcəmiyyəti xəttilə rayonlarımıza gedişləri qadağan olur. Kürsülərə qalxarkən tezcənək durub salonu tərk edənlərin sayı artır. Nəhayət, onu APİ-dən tamamilə uzaqlaşdırırlar. AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan-özbək ədəbi əlaqələri (M.Şeyxzadənin həyat yaradıcılığı) haqqında monoqrafik əsərlər üzərində çalışsa da, “şübhəli şəxsdamğasından xilas ola bilmir.

Lakin bütün bu ictimai-siyasi soyuqluqlar od-alov canlı şairi sarsıda bilmir. 80-ci illəri axırında başlanan milli azadlıq hərəkatı zamanı ayrıca bir Xəlil Rza səsi gurlayır. Bu hərəkata bütün varlığı öncüllüyü ilə qoşulan alovlu-tribun şairin sovet məkrini, rus-şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarının strateji görülərini qamçılayan bənzərsiz hayqırtıları ölkəmizin hüdudlarını aşıb, haqq səsimizi bütün dünyaya daşıyırdı:

 

Biz Türküstan elləriyik,

Qeyrət, qüdrət selləriyik.

Daşnakları qovan bizik,

Dar gözləri ovan bizik.

Yetər meydan suladılar,

Yurdumuzu taladılar.

 

Lakin dünya da özişlərindəidi. Son günlərini yaşayan sovet imperiyası 1990-cı ilin 20 yanvarında Bakıya divan tutdu. Bu qətliama qarşı bağrı yarılanadək hayqıran, bütün qüvvəsilə gecə-gündüz dinclik bilmədən, ürəyini məşələ çevirib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyən, xarici jurnalistlərə verdiyi müsahibələrdə Qanlı Yanvarı, Qorbaçovun onun əlaltılarının cəlladlığını dünya ictimaiyyətinə çatdıran Xəlil Rza 1990-cı il yanvarın 26-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib Moskvaya - Lefortovo həbsxanasına göndərildi. O, zindanda da mübarizəsini davam etdirdi, 8 ay 13 gün adi insanlıq mühitindən belə təcrid olunmuş sənətkar odlu-alovlu qəlbinin işığında məşhur (“Ulutürktəxəllüsünün bazisi hesab olunası) “Lefortovo gündəliyi”ni, 200-dən çox mübarizə ruhlu şeir, poema məktublar yazdı. Qadağa illərindəMəhəbbət dastanı”, “Mənim günəşim”, “Qollarını geniş ”, “Ucalıq”, “Doğmalıq”, “Ömürdən uzun gecələr”, “Hara gedir bu dünyakimi sərlövhələrdən dərinə gedə bilməyən şair azadlıq ab-havalı imzalı illərdəDaşdan çıxan bulaq”, “Məndən başlanır vətənim”, “Davam edir 37”, “Türkün dünyası”, “Bağışla, ey vətən!” ... doğma Qarabağ savaşında şəhid olmuş övladının xatirəsinəQəhrəman Təbrizimbaşlıqlarına əbədiyyət imzaları qoydu...

 

Bala da yaddan çıxır, qanad gərəndə ölüm,

Yox, mən qaça bilməzdim... qaça bilməzdim, gülüm!

Mən sonadək Bakımın hayanı olmalıydım,

Hayan ola bilməsəm, qurbanı olmalıydım.

Yoxdur üçüncü bir yol... Bir həyat var, bir ölüm.

Yox, mən qaça bilməzdim... qaça bilməzdim, gülüm!..

 

...Ruhun şad, yerin behişt, Turanın ulu Ulutürkü! Bu xalqın qədirbilən qismi Səni məndən yaxşı tanıdığına, çoxunun şeirlərinlə birgə ömür mübarizəni əzbər bildiyinə görə bu qədər...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2016.- 21 oktyabr.- S.13.