Musiqili Teatrın direktoru elmi-nəzəri konfransa dəvət olunub

 

 

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev İranda keçiriləcək teatr sənəti üzrə elmi-nəzəri konfransa dəvət olunub.

Konfrans İran İslam Respublikasının “Dramatik İncəsənət Mərkəzi”nin təşkilatçılığı ilə 2016-cı il 30 oktyabr - 1 noyabr tarixlərində Tehran şəhərində baş tutacaq. Səhnə sənəti mövzusunda keçiriləcək I Regional elmi-nəzəri konfransda bir çox ölkələrin tanınmış incəsənət xadimləri, elm adamları, teatr sənətinin nüfuzlu nümayəndələri iştirak edəcək. Tədbirdə çağdaş dünya teatrlarının inkişaf prespektivləri, beynəlxalq əlaqələrin qurulması və inkişafı və s. məsələlər ətrafında müzakirələr aparılacaq. Dövlət Musiqili Teatrının direktoru konfransda “Azərbaycan teatrının inkişaf yolları” mövzusunda çıxış edəcək.

 

Mədəniyyət.- 2016.- 26 oktyabr.- S.6.