Cəlilabadda Xalq teatrı fəaliyyətini bərpa edib

 

 

Cəlilabad rayonunda Xalq teatrı beşillik fasilədən sonra fəaliyyətini yenidən bərpa edib. Həvəskar kollektivin mövsümdə ilk premyerası böyük yazıçı-dramaturq M.F.Axundzadənin "Hacı Qara" əsərinin tamaşası olub.

Tamaşaya quruluşumusiqi tərtibatını Buludxan Buludov verib. Quruluşçu rəssam Əli Əliyev, truppa rəhbəri Mirbalaş Salmanzadədir. Səhnə əsərinin hazırlanmasında Lənkəran Dövlət Dram Teatrı məsləhətçi qismində çıxış edib.

Baş rolları Buludxan Anar Buludovlar ifa ediblər. Premyerada rayon İcra Hakimiyyətinin başçısı, Lənkəran Dram Teatrının yaradıcı heyəti rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Mədəniyyət.- 2016.- 26 oktyabr.- S.13.