“Türkmənistan-25” kitab sərgisinə yekun vurulub

 

 

Azərbaycan Milli Kitabxanasında Türkmənistanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə bu ölkənin Bakıdakı səfirliyi tərəfindən açılmış kitab sərgisinə yekun vurulub.

“Türkmənistan-25” adlı kitab sərgisində dost ölkənin ictimai-siyasi, mədəniyyəti, ədəbiyyatı, müasir inkişafı, təbiəti ilə bağlı nəşr nümayiş olunub. 2017-ci ildə Türkmənistanda keçiriləcək “Aziada-2017” qapalı məkanlarda döyüş sənəti üzrə 5-ci Asiya Oyunları ilə bağlı məlumatlar xüsusilə maraq doğurub.

Sonda səfirlik tərəfindən Milli Kitabxanaya kitablar hədiyyə edilib.

 

Mədəniyyət.- 2016.- 26 oktyabr.- S.14.