İslam ölkələri arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq

 

 

Tunisdə İSESCO-ya üzv ölkələrin nazirlərinin konfransı keçirilir

 

Tunis Respublikasının Tunis şəhərində İSESCO-ya üzv ölkələrin Təhsil Nazirlərinin Birinci Konfransı keçirilir. Konfransda Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İSESCO-nun 12-ci Baş Konfransının prezidenti qismində iştirak edir.

Tədbirin açılış mərasimində İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Mədəni, İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri, Tunisin təhsil naziri və İSESCO 12-ci Baş Konfransının prezidenti, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təhsilin və mədəniyyətin islam ölkələri arasında əməkdaşlığa və həmrəyliyə töhfələri barədə çıxış ediblər.

Əbülfəs Qarayev Azərbaycanla İSESCO arasında təhsil və mədəniyyət sahəsində işbirliyinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb, bu əməkdaşlığın əsas istiqamətlərindən biri olan təhsilin gələcək perspektivləri və islam dünyasında rolundan bəhs edib.

Səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı, İSESCO-nun rəhbərləri və üzv ölkələrin nazirləri ilə rəsmi görüşlərin keçirilməsi də nəzər tutulur.

Konfrans oktyabrın 28-də başa çatacaq.

 

Mədəniyyət.- 2016.- 28 oktyabr.- S.2.