İtaliya və Azərbaycan
musiqiçilərinin konserti
Oktyabrın 27-də Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında konsert keçirilib. Konsert Bakı Musiqi Akademiyası, İtaliyanın
Espressione D`Arte Assosiasiyası və Luigi
Cherubini Konservatoriyasının birgə əməkdaşlıq
layihəsi çərçivəsində
reallaşıb.
Konsertdə Xalq artisti,
professor Yeganə Axundova
(fortepiano), İtaliyanın Luigi Cherubini Konservatoriyasının prorektoru,
“I Briconcello” ansamblının
üzvü, professor Leonardo De Lisi (tenor), Espressione D`Arte Assosiasiyasının
direktoru, “I Briconcello” ansamblının üzvü
Pierluigi Ruggiero (violonçel)
və tələbələr
Daria Neçayeva
(violin), Giuseppe Sturaçe (tenor) çıxış ediblər.
Proqramda F.P.Tostinin
“Good-bye”, B.Bartokun
“Rumın rəqsləri”, F.Listin “Vallee d’Obermann”,
Ü.Hacıbəylinin “Sevgili canan” və “Aşıqsayağı” əsərləri
səsləndirilib.
Mədəniyyət.- 2016.- 28
oktyabr.- S.2.